“Nobel Oil” Silahlı Qüvvələrə Yardım Fonduna 250 min manat köçürüb

28

“Nobel Oil” şirkətlər qrupu Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 250 min manat məbləğində vəsait köçürüb. Bu məbləğ “Nobel Oil” şirkətlər qrupunun aid olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən köçürülən 1 milyon manat çərçivəsində ianə edilib.

“Nobel Oil Services” neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

“NEQSOL Holding”in əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri aiddir.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır