Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” səhifəsində paylaşım edib.
“Report” xəbər verir ki, dövlət başçısı bu sözləri yazıb:
Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!