AZAL: Ermənistanın hücumları mülki hava gəmilərinə ciddi təhlükə yaradır

21

Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Ermənistanın mülki obyektlərə hücumu beynəlxalq humanitar hüquq normalarını, xüsusilə Cenevrə Konvensiyasının müddəlarını kobud şəkildə pozur.

“Bu hücumlar Ermənistan tərəfindən dövlət səviyyəsində terror aktlarının həyata keçirildiyini bir daha təsdiq edir. Ermənistan tərəfinin qanunsuz hərəkətləri bizi ciddi narahat edir və bütün dünya ictimaiyyətini Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməsinə çağırırıq”, – qurum bəyan edib.