Yer üzündə okeanlarla bağlı faciəli vəziyyətin olacağına dair məlumat təsdiqlənib

259

İqlimşünas alimlər dəniz temperaturunun görünməmiş həddə artımının qlobal istiləşmə ilə əlaqəli olduğuna dair hesabat hazırlayıblar.

Bu barədə Lenta.ru “Journal of Operational Oceanography” jurnalına istinad edib.

Tədqiqatçıların qeyd etdiklərinə görə, 2018-ci ildə Avropa dənizlərində son dərəcə yüksək temperatur müşahidə olunub. Həmin vaxt Sakit Okeanın şimal-şərqində böyük isti su kütləsi meydana gəlib. Ümumiyyətlə, okeanoloqlar və iqlimşünaslar dəniz temperaturunun rekord dərəcədə yüksəldiyini təsdiqləyirlər.

Mütəxəssislər dünya okeanının uzunmüddətli və sistematik monitorinqi üçün təcili tədbirlərin görülməsinin vacib olduğunu düşünürlər. Məruzə müəlliflərinin fikrincə, yer üzündə bir çox insanın dəniz məhsulları ilə qidalanması səbəbindən iqlim dəyişikliyi bütün insanlığa dağıdıcı təsir göstərə bilər.