Ekvatorial Qvineya sularında mayda dəniz quldurlarının qaçırdığı 5 nəfər dənizçi sərbəst buraxılıb.
“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirlyi məlumat yayıb. Bildirilib ki, dənizçilər Ekvatorial Qvineya və Nigeriyanın təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində xilas olunub.
Məlumatda dənizçilərin səhhətlərində hər hansı problem olmadığı qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır