Rusiyanın Krasnoyarsk vilayətinin Kejemski rayonunda dizel yanacağı Anqara çayına tökülüb.
Bu barədə RT Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinə istinadla məlumat yayır:
“Anqara çayına neft məhsulu tökülməsi ilə əlaqədar Kejemski bölgəsi ərazisində fövqəladə vəziyyət tətbiq edilib”.
İlkin məlumata görə, Anqaraya təxminən 500 litr dizel yanacağı tökülüb.