“Oruc Rəis” kəşfiyyat-qazma gəmisi Türkiyənin ərazi sularında fəaliyyət göstərir

18

Texniki baxışı başa çatan “Oruc Rəis” kəşfiyyat-qazma gəmisi Antalya limanını tərk edərək yenidən Şərqi Aralıq dənizinin Türkiyə sektorunda fəaliyyət göstərmək üçün hərəkətə başlayıb. Bununla bağlı Türkiyə tərəfi “Navtex” (dənizçilərə elan) xəbərdarlığı edib.

AZƏRTAC xəbər verir ki, Yunanıstan tərəfinin bu məsələyə anlaşıqsız münasibət bildirməsi Türkiyənin kəskin etirazına səbəb olub.

Türkiyə Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı açıqlamada deyilir ki, gəminin bölgədə oktyabrın 22-dək davam edəcək fəaliyyəti tam şəkildə Türkiyənin əraziləri daxilindədir və qanunidir. Müəyyən edilmiş kəşfiyyat-axtarış rayonu Türkiyənin quru sahəsindən 15, Yunanıstandan isə 425 kilometr məsafədədir.

Qeyd edək ki, “Oruc Rəis” kəşfiyyat-qazma gəmisinin on gün nəzərdə tutulan fəaliyyəti Kaş və Meis adalarının cənubundadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır