Azərbaycan Avropanın enerji təklükəsizliyinin güclənməsinə bundan sonra da töhfələr verəcək – BP

241

BP, bir səhmdar şirkət olaraq, Azərbaycanın və digər aidiyyətli hökumətlərin, Avropa Komissiyasının, dövlət və özəl sektordan olan maraqlı tərəflərin və bir sıra beynəlxalq maliyyə qurumlarının Cənub Qaz Dəhlizinin işlənməsi, tikintisi və Avropaya qaz nəqli komponentlərinin birləşdirilməsi üçün uzun müddətli səylərinin uğurla başa çatması haqqında Trans Adriatik Boru Kəmərinin (TAP) dünənki (12 oktyabr) açıqlamasını alqışlayır.

Şirkətdən Trend-ə verilən məlumata görə, TAP-ın və bu ilin noyabr ayında Snam Rete Gas tərəfindən başa çatdırılması planlaşdırılan birləşdirici boru kəmərinin istismar sınaqları Şahdəniz konsorsiumuna imkan verəcək ki, Azərbaycandan İtaliya, Yunanıstan və Bolqarıstandakı müştərilərə 25 il müddətinə təbii qaz təchizatına planlaşdırıldığı kimi 2020-ci ilin sonunadək başlamaq üçün son işləri yekunlaşdırsın.

SOCAR-la birlikdə biz təxminən 3500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi dəyər zəncirinin bütün nəql komponentlərinin səhmdarı olmaqdan qürur duyuruq. Bu yeni qaz nəqli sistemi Azərbaycan Respublikasına imkan verəcək ki, alternativ enerji mənbəyi təmin etməklə Gürcüstanın, Türkiyənin və Avropa ölkələrinin enerji təklükəsizliyinin güclənməsinə bundan sonra da töhfələr versin.