ASCO-nun “Gəncə” tankeri Hayfa limanından erməni terroruna etiraz edib

28

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Dəniz Nəqliyyatı Donanmasına aid və hazırda xarici sularda üçrəngli bayrağımız altında istismar olunan “Gəncə” tankerinin heyəti oktyabrın 11-də ermənilər tərəfindən Gəncənin raket atəşinə tutulmasına etirazlarını bildiriblər.  

Dənizçilər İsrailin Hayfa limanında üzərində #PrayForGanja yazılan plakatlar açaraq foto çəkdirib və müxtəlif həştəqlərlə sosial şəbəkələrdə paylaşıblar.  

Mənbə:seanews.az