Bu ilin 9 ayında 132 gəmi dəniz qulduru hücumuna məruz qalıb

15

2020-ci ilin 9 ayında 132 gəmi dəniz qulduru hücumuna məruz qalıb. Bu müddətdə 85 dənizçi qaçırılıb.

“Seanews.az” xəbər verir ki, bu, Beynəlxalq Dəniz Bürosunun (BIM) yayımladığı “Gəmilərə dəniz quldurlarının hücumu və silahlı soyğun” hesabatında yer alıb.

Dənizçilərin çoxu Qvineya körfəzində təhlükəylə üzləşiblər. Bununla belə, Nigeriya, Benin, Qabon və Qana sularında da hücumlara tez-tez rast gəlindiyi bildirilib.