BVF: İqlim dəyişikliyi ilə əlaqəli fəlakətlər son 10 ildə 1,3 trln. dollarlıq birbaşa zərərə səbəb olub

22

İqlim dəyişikliyi potensial olaraq COVID-19 pandemiyası böhranından daha böyük problemə çevrilə bilər.

“APA-Economics”in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristalina Georgiyeva deyib.

Onun sözlərinə görə, son 10 ildə iqlimlə əlaqəli fəlakətlərin səbəb olduğu birbaşa zərər 1,3 trln. ABŞ dollarına yaxın olub.

K. Georgiyeva qeyd edib ki, indi yaşıl investisiyaların tam vaxtıdır: “Aşağı faiz dərəcələrini nəzərə alsaq, bu günün düzgün investisiyası sabah dörd dəfədən çox dividend verə bilər”.

BVF-in baş direktoru əlavə edib ki, sözügedən sərmayələr gələcəkdə zərərlərin qarşısını ala, iqtisadi faydanı təmin edə və hamı üçün sosial və ekoloji üstünlüklər qazandıra bilər.