ABŞ-da gəmidə silsilə partlayışlar olub

18

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) gəmidə silsilə partlayışlar nəticəsində ən azı 13 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə CNN xəbər yayıb.

Məlumata görə, hadisə zamanı göyərtədə 21 nəfər olub. Partlayışların səbəbləri araşdırılır.