Bu il Ceyhan terminalından 170 mln barelədək Azərbaycan nefti nəql edilib

267

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “Botas International Limited” (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 169,1 mln barel xam neft nəql edib.

“Report” xəbər verir ki, bu həcmdə xam neft 224 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,529 mlrd barel neft 4 605 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.