Ərdoğan Azərbaycan xalqını təbrik edib

27

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr – Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.