ASCO-nun gəmiləri mütəmadi dezinfeksiya edilir

27

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Dədə Qorqud”, “General Əsədov”, “Gültəkin Əsgərova”, “Professor Gül”, “Akademik Zərifə Əliyeva”, “Dağıstan”, “Süleyman Vəzirov”, “Abşeronskaya 5”, “Barja-701”, “PS-153”, “PSK-28”, “Atlet-5”, “Alı Mustafayev” gəmilərində, ASCO-nun tikilməkdə olan yeni inzibati binasında, Dəniz Nəqliyyatı Donanmasının yeməkxanasında, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə otaqlarında aparılıb.

Mənbə :seanews.az