Azərbaycanda yük və sәrnişin daşımaları yanvar-sentyabrda azalıb

323

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yük vә sәrnişin daşımaları ötәn ilin eyni dövrü ilә müqayisәdә müvafiq olaraq 18,5% vә 37,4% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə nәqliyyat sektorunda fәaliyyәt göstәrәn tәsәrrüfat subyektlәri tәrәfindәn 140,6 mln. ton yük daşınıb. Yüklәrin 3,1%-i dәniz, 7,7%-i dәmir yolu, 0,2%-i hava, 59,1%-i avtomobil nәqliyyatı, 29,9%-i isә boru kәmәri ilә daşınıb.

Qeyri-dövlәt sektoruna mәxsus nәqliyyat vasitәlәri ilә daşınmış yüklәrin hәcmi 22,3% azalıb, daşınmış yüklәrin ümumi hәcmindә bu sektorun xüsusi çәkisi 78,7% tәşkil edib.

2020-ci ilin yanvar-sentyabr aylarında nәqliyyatçılar 931,7 mln. sәrnişinә xidmәt göstәrib. Sәrnişinlәrin 92,3%-i avtomobil nәqliyyatı, 7,5%-i metro, qalan hissәsi isә digәr nәqliyyat növlәri ilә daşınıb.