Türkiyənin şimal sahillərində Almaniyaya məxsus olan Hitler donanmasının “U-20” sualtı gəmisi tapılıb.
Bu barədə “Hurriyet” nəşri məlumat yayıb.
Sualtı gəmi dalğıclar tərəfindən tapılıb. Lil, qum, yosunlarla örtülmüş gəmi suyun 20 metr dərinliyində aşkar edilib.
Gəminin Qara dənizin dibindən qaldırılması planlaşdırılmır. Bildirilir ki, gəmi təmizlənəcək və sualtı turizm üçün istifadəyə veriləcək.