TAP hidrogen və biometan nəql etmək gücündədir

304

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da nəql etmək gücündədir.

Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Qeyd olunub ki, boru kəməri artıq gələcəyə hazırdır:

“Boru kəməri bütün infrastruktur boyunca hidrogen və biometan kimi daha dayanıqlı enerji mənbələrini nəql etməyə qadirdir. Bu. öz növbəsində, yaşıl enerjiyə keçidə xidmət edəcək”.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir.