Azərbaycana yanvar-avqustda 12 mln. dollarlıq dəniz məhsulları idxal edilib – CƏDVƏL

357

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 11,979 mln. ABŞ dolları dəyərində 5 095,49 ton dəniz məhsulları idxal edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, cari ilin ilk səkkiz ayında ölkəyə 68 kateqoriya üzrə idxal olunan dəniz məhsullarından ən çox dondurulmuş şimal və cənub putassusu olub – 2,382 mln. dollar dəyərində 999,77 ton. Bu növ balıqlar əsasən Yeni Zelandiyadan idxal olunub. Ümumiyyətlə, hesabat dövründə təkcə bu ölkədən Azərbaycana 1 721,43 mln. dollar dəyərində 688,57 ton dondurulmuş putassu gətirilib.

Dəniz məhsullarının idxalına görə ikinci yeri şirin suda yaşayan dondurulmuş balıq və nərələr tutub – 705,89 ton. Bu balıq növləri ölkəyə Rusiyadan gətirilib.

İdxal edilən dəniz məhsullarının üçüncü yerində əsasən İslandiyadan idxal olunan dondurulmuş skumbriya qərarlaşıb – 593,16 ton.

Qeyd edək ki, yanvar-avqustda Azərbaycana idxal olunmuş dəniz məhsulları əsasən Yeni Zelandiya, Rusiya, İslandiya, Çili, Kanada, Hindistan və Vyetnamdan gətirilib.

Yanvar-avqustda Azərbaycana idxal edilən TOP-10 dəniz məhsulu:

#Dəniz məhsuluHəcm, tonDəyər, min ABŞ dollarıƏsas ixracatçı ölkə
1Dondurulmuş şimal və cənub putassusu999,772 382,42Yeni Zelandiya
2Şirin suda yaşayan balıq, nərələr705,89882,84Rusiya
3Dondurulmuş skumbriya593,16879,2İslandiya
4Dondurulmuş naqqa563,49723,46Vyetnam
5Dondurulmuş karp 459,95769,56Rusiya
6Merluccius cinsli digər balıq merluza422,51957,97  Kanada
7Dondurulmuş Atlantik və Dunay qızılbalığı399,781 957,28Çili
8Təzə və ya soyudulmuş karp312,06398,23Rusiya
9Hisə verilmiş krevetlər 92,01701,96Hindistan
10Dondurulmuş Sakit okean qızılbalığı65,88297,85Rusiya

Mirsəid İbrahimzadə