Növbəti illərdə təbii qazın qiyməti artacaq – Proqnoz

26

Dünya Bankı növbəti illərdə təbii qaz qiymətləri ilə bağlı proqnozunu açıqlayıb.

Bankın “Commodity markets outlook” hesabatında bildirilib ki, təbii qaza olan tələbat növbəti illərdə qlobal iqtisadi fəaliyyət möhkəmləndikcə artacaq.

Belə ki, 2021-ci ildə Avropada təbii qaz qiymətlərinin cari ildəki 1 milyon BTU-ya görə (Britaniya istilik vahidi) 2,8 ABŞ dollarından 4 ABŞ dollarına qədər yüksələcəyi proqnozlaşdırılıb.

Həmçinin, hesabatda 2022-ci ildə Avropada qaz qiymətlərinin 1 milyon BTU-ya görə, 4,3 ABŞ dolları, 2023-cü ildə 4,5 ABŞ dolları, 2024-cü ildə 4,8 ABŞ dolları, 2025-ci ildə 5,1 ABŞ dolları, 2030-cu ildə 7 ABŞ dolları səviyyəsində olacağı məlumat verilib.

Nigar Məmmədova