Xəzər dənizində zəlzələ oldu

306

Oktyabrın 23-də Xəzər dənizində maqnitudası 3.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:17-də qeydə alınıb.

Zəlzələnin ocağı 54 kilometr dərinlikdə yerləşib.