İranın neft dolu tankerləri Venesuelaya yola düşdü

22

İranın neft dolu azı 5 tankeri Venesuelaya yola düşüb. Day.Az xəbər verir ki, bu barədə monitorinq xidmətlərinin sənədlərindən məlum olub. Gəmilərdən birinin artıq Atlantik okeanı sularında olduğu bildirilir. Bu, İrandan Venesuelaya ilk böyük həcmdə neft tədarükü hesab olunur.

İran gəmilərinin nefti problemsiz təslim edəcəkləri isə hələ tam məlum deyil. Belə ki, son sutkalar ərzində ABŞ Venesuela sahilləri yaxınlığına azı 4 hərbi gəmi göndərib.

Qeyd edək ki, Venesuela ABŞ və onun müttəfiqləri tərəfindən elan edilmiş blokada səbəbindən yanacaq qıtlığı ilə üzləşib.