İsrail Elat Limanı ilə Ciddə arasında dəniz yolu açmağı planlaşdırır

382

İsrailin Qırmızı dənizdə yerləşən Elat Limanı ilə Səudiyyə Ərəbistanının Ciddə sahilləri arasında dəniz yolu açıla bilər.

“Seanews.az” xarici KİV-lərə istinadən xəbər verir ki, bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinin Beynəlxalq Dubay Liman Şirkətinin müdiri Sultan bin Səlim və heyəti Elat Limanını ziyarət edib. Elat limanın baş direktoru Cedun Golber və liman sahibi Şalomi Foqal nümayəndə heyətinə Elat və Cidde arasında dəniz yolu xəttinin açılması planını təqdim ediblər.

Dubay Liman Şirkətinin müdiri və onu müşayiət edən nümayəndə heyəti plana maraq göstərdiklərini və həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.