SOCAR Əliağa limanını tamamilə satmaq niyyətində deyil

585

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində “Goldman Sachs” şirkətinin də ortaq olduğu Əliağa liman terminalı üçün əməliyyat tərəfdaşlığını dəyərləndirəcək.

“Report”un Türkiyənin “Bloomberg HT” televiziyasına istinadən xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enegy”nin Baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, SOCAR Əliağa liman terminalını tamamilə satmaq niyyətində deyil: “Liman şirkətin əsas iş istiqamətlərindən biri olmadığı və olduqca yüksək potensiala sahib olduğu üçün, əməliyyat və idarəetmə sahəsində ixtisaslaşmış bir şirkətlə əməliyyat əməkdaşlığını qiymətləndirə bilərik”.

Qeyd edək ki, SOCAR Əliağa terminalının 70%-I SOCAR-a məxsusdur. Terminalın qalan 30% payı isə “Goldman Sachs” şirkətinə məxsusdur. Liman illik 1,5 milyon TEU tutuma malikdir. Limanın inşasına 400 milyon ABŞ dolları investisiya yatırılıb.