“Shell”ın mənfəəti kəskin azalıb

23

Böyük Britaniya və Niderlandın müştərək neft-qaz şirkəti olan “Royal Dutch Shell”in 2020-ci ilin III rübündə korrektə olunmuş mənfəəti illik müqayisədə 5 dəfə və ya 80% azalaraq 955 mln. ABŞ dollarına enib.

“APA-Economics”in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatnda deyilir.

Bildirilir ki, “Shell”in analitiklərinin bu dövr üçün proqnozu cəmi 146 mln. dollara bərabər idi (faktiki gəlirdən 6,5 dəfə az). Şirkət rüblük hər bir səhm üzrə dividendlərini 4% artıraraq 0,1665 dollara yüksəldib.

Neft-qaz şirkəti III rübdə nağd kapital xərclərini illik müqayisədə 38,7% azaldaraq 3,737 mlrd. dollara endirib. “Shell”in cari əməliyyatlar üzrə pul axını 2020-ci ilin III rübündə 10,403 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 15,1% azdır.