Alanyada turist gəmisi batıb: Ölən var-FOTO

375

Türkiyənin Alanya bölgəsində batan turist gəmisindən bir nəfərin meyiti çıxarılıb.

Trend-in məlumatına görə, hadisə zamanı gəmidə 30 nəfərin olduğu bildirilir.

Qəza Antalya vilayətinin Alanya Qalasının Fosforlu Mağarasından 50-100 metr uzaqlıqda baş verib. Hadisənin səbəbləri hələ ki bəlli deyil.

Digər sərnişinlərin axtarışları davam edir. Bölgəyə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.