Tunisdə Avropaya qeyri-qanuni getmək istəyən 65 nəfər saxlanılıb

18

Tunisin hüquq-mühafizə orqanları ötən həftəsonu paytaxtın dəniz limanında Avropa ölkələrinə gedən ticarət gəmilərinə qeyri-qanuni minmək istəyən 65 nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə “Webdo” informasiya portalı Tunis Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına istinadən məlumat yayıb.

“31 oktyabr və 1 noyabr tarixlərində Avropaya qanunsuz getmək məqsədi ilə paytaxt limanında lövbər salmış gəmilərə girməyə cəhd göstərən 65 nəfər saxlanılıb. Onların hamısı nəzarətə alınıb və barələrində cinayət işi başlanılıb”, – məlumatda belə deyilir.