“Titanik” gəmisinin qalıqlarını görmək istəyənlər okeanın dibinə səyahət edə biləcək

466

Artıq “Titanik” gəmisinin qalıqlarını görmək istəyənlər okeanın dibinə səyahət edə biləcək.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ABŞ-da fəaliyyət göstərən şirkətlərdən biri okeanın dibində olan “Titanik” gəmisinin qalıqlarına səyahət təşkil edəcək. Səyahət Titanikin qalıqlarının olduğu okeanın 3 min 800 metr dərinliyinə təşkil olur. Turizm şirkəti səyahətin qiymətinin 125 min dollar olduğunu açıqlayıb.

Xatırladaq ki, “Titanik” gəmisi suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi olub. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1 514 nəfər həlak olmuşdur.

1998-ci ildə “Titanik” gəmisi ilə bağlı baş rolları Leonardo Dikaprio ve Keyt Vinsletin ifa etdiyi məşhur “Titanik” filmi çəkilib. Adı çəkilən film 11 Oskar qazanıb.