Azərbaycan neftinin bir barreli 40,78 dollara satılır

28

Azərbaycan neftinin qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,47 dollar artaraq 40,78 dollar təşkil edib.

Qeyd edək ki, “qara qızıl”ın qiymətləri ABŞ-dakı prezident seçkiləri fonunda dolların zəifləməsi, eləcə də “OPEC+”un hasilat məhdudiyyətlərini artırmaqla bağlı planını təxirə saldığına dair bazar gözləntiləri ilə bahalaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır