Baltik dənizində üzən külək generatorunun sınaq işləri yekunlaşıb

348

Baltik dənizinin Almaniya sahilindəki Qrayfsvald körfəzində iki turbinli üzən külək generatorunun kiçildilmiş versiyasının sınağı başa çatıb.

“Seanews.az” xəbər verir ki, “Nezzy²” adlı generatorun sınaq işlərini “EnBW” və “Aerodyn Engineering” şirkətləri iki ay müddətində aparıblar. Generator artıq demontaj edilib.

Yaxın müddətdə sınaq işlərinin nəticəsi araşdırılacaq və külək generatorunun real ölçülü modelinin işə salınması prosesinə start veriləcək.

Real ölçülü modelin 2021-ci ilin sonu 2022-ci ilin əvvəlində Çində istismara verilməsi planlaşdırılır. Qurğunun kiçildilmiş modelinin ölçüsü 18 metr olduğu təqdirdə, real model kiçik modeldən 10 dəfə böyükdür. Sözügedən qurğu üzən platforma üzərində quraşdırılıb.

“Aerodyn Engineering” şirkətindən verilən məlumata görə, “Nezzy²” generatoru sınaq zamanı fırtına dalğası ilə üz-üzə gəlib. Generatorun real ölçülü modelinin hündürlüyü 30 metrədək olan dalğaları yara biləcəyi istisna olunmur.