Dəniz quldurları Qvineya körfəzində tankerə hücum ediblər

28

“NEFELİ 2” tankeri Qvineya körfəzində, Nigeriya sahillərindən 170 kilometr aralıda dəniz quldurlarının hücumuna məruz qalıb.

“Seanews.az” xəbər verir ki, tankerin heyəti Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarından ibarət olub.

Məlumata görə, hücum zamanı heyət üzvlərinə hər hansı xəsarət yetirilməyib.