TAP-ın dəstəklədiyi layihənin 20%-ni DESFA alıb

29

Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkəti LNG terminalı “Gastrade”in 20%-ni alıb.

“Report”un məlumatına görə, bu barədə DESFA məlumat yayıb.

“Gastrade” Yunanıstanın şimal-şərqində dənizdə yerləşdiriləcək üzən LNG saxlanması və yenidən qazlaşdırılması qurğusunu hazırlayır (Floating Storage and Regasification Unit – FSRU). Bu qurğu cənub-şərqi və Mərkəzi Avropa bazarlarına xidmət göstərməsi üçün nəzərdə tutulub.

FSRU Aleksandropolis limanından 17,6 km (10,9 mil) cənub-qərbdə yerləşir və 17 000 kubmetrlik tutumu var. Qurğunun illik təbii qaz təchizatı gücü 5,5 mlrd kubmetrdən çoxdur.

O, 28 km (17,4 mil) uzunluğunda boru xətti ilə Milli Qaz Sistemi ilə birləşəcək və yenidən qazlaşdırılmış LNG-ni Yunanıstan və şimal ölkələrindən Macarıstan, Moldova və Ukraynaya nəql edəcək.

Bu Avropanın ümumi tədarükünü gücləndirmək üçün olan layihənin bir hissəsidir. Hansı ki, enerji mənbələrinin şaxələnməsi layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir.

“Gastrade”nin məlumatına görə, layihə həmçinin regionun digər qaz infrastruktur layihələri olan Yunanıstan-Bolqarıstan İnterkonnektoru, TAP, Bolqarıstan-Serbiya İnterkonnektoru, Yunanıstan-Şimali Makedoniya İnterkonnektoru, Kavala yeraltı qaz anbarı və “Revithoussa” LNG terminalı tərəfindən dəstəklənir.

“Gastrade” əlavə edib ki, DESFA yeni terminalın istismarı ilə bağlı əlavə təcrübə yaratmalıdır.