Türkiyənin “Fatih” kəşfiyyat-axtarış qazma gəmisi Qara dənizdə qazma işlərinə başlayıb

37

Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdəki “Sakarya” yatağının “Türkali-1” quyusunda qazma işlərinə başlayıb. Bu işlər 75 gün davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib. “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır