ABŞ-ın ən böyük neft emalı müəssisəsi bağlanır

31

Luiziana ştatının Konvent sahil şəhərində yerləşən ABŞ-ın ən böyük neft emalı müəssisəsi bağlanır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, gündəlik istehsal gücü 211 min barel olan müəssisənin sahibi “Royal Dutch Shell” şirkəti iyul ayında obyekti satacağını açıqlamış, lakin ötən müddət ərzində müştəri tapılmamışdı.

Qeyd edək ki, müəssisə koronavirus pandemiyası ucbatından yanacaq məhsullarına tələbatın kəskin azalması nəticəsində Şimali Amerikada bağlanan sayca 9-cu neftayırma müəssisəsidir. Pandemiya başlayandan bu yana müəssisədə istehsal səviyyəsi də kəskin azalaraq hazırda cəmi 8,79 USD/bareldir. Bu da benzin istehsalının ümumi gəlirlik səviyyəsindən aşağıdır.

Müəssisə üçün müştəri axtarmağa davam edən “Royal Dutch Shell” dünyada sahibi olduğu altı neft emalı və kimya müəssisəsindən başqa, bütün sənaye aktivlərini satmaq niyyətindədir.