“Azərbaycan Xəzər Dəniz Gəmiçiliy” QSC-nin (ASCO) “Mikayıl Müşfiq” gəmisinin kapitanı Yavər Abdunov bu günlər ürəyində vətən sevgisi olan hər bir azərbaycanlı kimi çox sevinclidir. Çünki, Müzəffər Ali Baş Komandan və Şanlı Ordumuz sayəsində dənizçinin uzun illərdir davam edən vətən həsrətinə son qoyuldu. Nəhayət ki, Qarabağ azadlığına qovuşdu və indi o, doğma yurd-yuvası Horadiz kəndinə qayıdacağı günü səbirsizliklə gözləyir.
Qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edən Yavər Abdunov Horadizə qayıdış başladıqdan sonra hər kəsi oranın gözəlliklərini görməyə dəvət edir.
Mənbə:https://seanews.az/