Mübariz Mənsimov: “Mən də Sizin əsgərinizəm”

281

İstanbulun “Silivri” həbsxanasında əsassız ittihamlarla saxlanılan “Palmali” şirkətinin prezidenti, xeyriyyəçi Mübariz Mənsimov vəkilləri vasitəsilə rəsmi facebook səhifəsində Qələbə günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib. Təbrik də deyilir:

Eşq olsun, erməni faşistlərinə diz cökdürən, onları darmadağın edən Azərbaycan Ordusuna! Eşq olsun, Azərbaycanın Ali Baş Komandanına! Eşq olsun, Azərbaycan-Türkiyə qardaşlığına!

Biz artıq qalib ölkəyik! İgidlərimiz 44 günlük Vətən müharibəsində faşist və vandal ölkənin işğalçı ordusu üzərində möhtəşəm Qələbələrə imza atdı! Bu 44 gündə biz bütün dünyaya sübut etdik ki, xalqımız bir yumruq təki birləşəndə zərbələri yalnız Zəfərlərlə bitir. Biz sübut etdik ki, biz haqq naminə, öz doğma torpaqlarımız üçün savaşdıq, şəhid verdik və nəticədə torpaqlarımızı qanımızla-canımızla işğalcılardan azad etdik!!! Bütün dünya bizdən danışır, bizim gücümüzə, birliyimizə, mərdliyimizə heyran olub. Artıq başımız uca, tariximiz qələbə hərfləri ilə yazılır.

Bu 44 gün onu göstərdi ki, bizim analar aslan kimi oğullar böyüdüb! Qarşınızda baş əyirəm! Şəhid və qələbə şahidi igidlərimiz, vətən sizi heç bir zaman unutmayacaq. Cənab Ali Baş Komandan! Uğurlu xarici siyasətiniz nəticəsində heç bir dövlət, heç bir güc bizim qarşımızı ala bilmədi! Siz dünyaya meydan oxudunuz və düşmənlərə, onlara gizli dəstək verənlərə diz çökdürdünüz! Bu, Sizin sayənizdə Azərbaycanın siyasi arenada olan parlaq qələbəsidir. Paşinyan gördü ki, Şuşamızda, Cıdır düzündə yallı oynamaq ona nəyin bahasına başa gəldi. Müzəffər Azərbaycan Əsgəri onu iti qovan kimi qovdu!

Hamıya yalvardı, özünü də, xalqını da, dövlətini də alçaltdı. Cənab Prezident! Sizinlə, Azərbaycanın müzəffər ordusu və xalqımızla qürur duyuram. Sülhməramli güvvələrin cəlb olunması sabitlik gətirəcək. Türk ordusunun bu nizamlamada iştirakı hər şeyə nöqtə qoyacaq. Biz “bir millət, iki dövlət” sözünü yalnız sözdə yox, əməllərimizlə də sübut etdik. Hər an mənəvi dəstəyini hiss etdiyimiz, Qardaş çiyni ilə yanımızda olan Türkiyə dövləti və Türk milləti bunu bu 44 gündə göstərdi. İstər hərb meydanında, istərsə də siyasətdə. Dostumuzu gördük, düşmanımızı da məhv etdik! Paşinyanı yıxıb sürüdünüz, ona layiq olan yerini göstərdiniz. Bu da nida!

Qələbə günümüz mübarək olsun! Qarabağ Azərbaycandır! Mənim sevincim bu dord divara sığmır. Bu gün Azərbaycanda qələbəni Vətənimdə qeyd etmək ən böyük arzumdur. Cənab Ali Baş Komandan! Mən də sizin əsgərinizəm. Zəfər gününü bizə yaşatdığınız bu tarixi gün ücün bir azərbaycanlı olaraq Sizə minnətdaram.

Mən fəxr edirəm ki, Azərbaycanlıyam! Qarabağ Azərbaycandır!