Aralıq dənizində batan qayıqlarda ölənlərin sayı 100-ə çatdı – VİDEO

36

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) iki qayığın Aralıq dənizində, Liviya sahillərində batması nəticəsində təxminən 100 miqrantın boğulduğunu bildirib.

“Haber Global” məlumat verir ki, qəza liman şəhəri Əl-Xums və Surman yaxınlığında baş verib.

Açıqlamada bildirilir ki, qayıqda qadınlar və uşaqlar da daxil olmaqla, 140-dan çox adam olub.

Azı 100 miqrant həyatını itirib, 47 nəfər xilas edilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi və bu günə qədər 31 cəsədin tapıldığı qeyd olunur.

IOM-ın məlumatlarına görə, son qəzalarla birlikdə bu il Aralıq dənizi üzərindən Avropa sahillərinə getməyə çalışan ən azı 900 miqrant boğularaq ölüb.

https://baku.tv/az/dunyaa/28067/