Türkiyə növbəti “Kanuni” qazma gəmisini Qara dənizə göndərib.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez məlumat verib.
Türkiyəli nazir bildirib ki, “Fatih” qazma gəmisi Qara dənizdə “Sakarya” qaz yatağında qazma işlərini davam etdirir.
“Fatih” qazma gəmisi “Tuna-1” quyusundan sonra Sakarya qaz sahəsindəki “Türkali-1” quyusunda yeni qazma işlərinə başladı və indiyə kimi 2600 metr dərinliyə endik”, – deyə F.Dönməz söyləyib.