TAP-ın başa çatması ilə Şahdəniz-2 və Cənub Qaz Dəhlizi layihələri tam həyata keçmiş olur – BP

48

TAP-ın səhmdarı kimi, bp şirkəti bu mühüm layihənin başa çatmasından çox məmnundur.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Bildirilir ki, bununla da, dünyada ən iri qaz işlənməsi layihələrindən biri olan Şahdəniz 2 və Cənub Qaz Dəhlizi (CQD) layihələri tam həyata keçmiş olur:

“Bu layihələr ilk dəfə olaraq Xəzərin qaz ehtiyatlarını Avropa ilə bağlamaqla regionunun enerji xəritəsini dəyişəcək.

İndi, CQD-nin son hissəsinin də başa çatması ilə bu nəhəng ixrac sistemi tam inteqrasiya olunub və Avropaya qaz təchizatına hazırdır. Bu da bizə imkan verir ki, Azərbaycandan Avropaya ilk qazın verilməsinə bu ilin sonunadək başlayaq və, beləliklə də, layihə başlayandan bəri vəd olunmuş əsas məqsədə nail olaq.

TAP konsorsiumunu bu mühüm uğur münasibətilə təbrik edirik. SOCAR-la və bir çox ölkələri təmsil edən bir sıra digər tərəfdaşlarla yaxından işləyərək bu yüksək keyfiyyətli və böyük dəyişikliklər gətirəcək layihələri tam təhlükəsiz və uğurla həyata keçirməkdən qürur duyuruq.”