Azərbaycan qazı gələn ildən Bolqarıstana daxil olacaq – VİDEO

30

2021-ci ilin 1 yanvar tarixindən etibarən Azərbaycan qazı Bolqarıstana daxil olacaq.

Bu barədə Bolqarıstanın Baş naziri Boyko Borisov məlumat verib.

Onun sözlərinə görə, bu proses enerji tədarükünün tam şaxələndirilməsi kimi qəbul edilə bilər.

Baş nazir bildirib ki, işlər tam sürətlə davam edəcək, Bolqarıstan bu layihədə öz öhdəsinə düşənləri icra edəcək və tikinti prosesində heç bir gecikmə yaranmayacaq.

Bolqarıstan Aleksandrupolis mayeləşdirilmiş təbii qaz terminalında artıq 20 faiz paya sahibdir.

Qeyd edək ki, Bolqarıstana Azərbaycanın təbii qazı Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə nəql ediləcək. Həmin qaz Trans-Adriatik (TAP) boru kəməri ilə IGB interkonnektoru vasitəsilə Bolqarıstana daxil olacaq. Bununla da, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq.

Bildirilib ki, layihənin ümumi dəyəri 220 milyon avrodur.

https://player.baku.tv/embed/28264