Azərbaycanın Türkiyə ilə müsbət ticarət saldosu 6%-dən çox artıb

39

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,592 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 2,320 mlrd. dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 0,2% çoxdur. İdxalın həcmi isə 1,272 mlrd. dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk doqquz ayı ilə müqayisədə 4,1% azalıb. Nəticədə, 1,048 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 6,1% çoxdur.