Azəri Mərkəzi Şərqi layihəsi üçün göndərilən iri avadanlıq Azərbaycana gətirilməkdədir – BP

265

Üçüncü rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib.

BP-dən Trend-ə verilən məlumata görə, son əməliyyatlara, COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, iri qurğuların qaldırılması proqramının başlanması, qazma qurğusunun sahəyə gətirilməsi, onun hər üç hissəsinin barjadan boşaldılması və sahənin tikinti thissəsinə yerləşdirilməsi daxildir. Hazırda qazma modulunun inşası davam edir.

Heydər Əliyev adına Dərin Özüllər Zavodunda dayaq blokunun payalarının inşası başa çatdırılmış, uğurla dənizə yola salınmış və platformanın dayaq blokunu qəbul etmək üçün dənizdibində quraşdırılmışdır. Dayaq blokunun və sualtı qurğuların inşası davam etmişdir.

2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq Azərbaycana doğru hərəkət etməkdədir.