“Daewoo” 6 ədəd konteyner gəmisi inşa edəcək

270

“Daewoo” Shipbuilding & Marine Engineering (DSME) 6 ədəd yeni konteyner gəmisinin inşası üçün sifariş alıb. Gəmilərin sifarişçisinin Avropa şirkəti olduğu bildirilir.

“Seanews.az” xəbər verir ki, layihənin dəyəri 64.8 milyon dollardır.

Konteyner gəmilərinin 2023-cü ilin sonunda təhvil veriləcəyi nəzərdə tutulur. Gəmilərin texniki göstəriciləri isə açıqlamır.

“Daewoo Shipbuilding”  cari il ərzində ümumi dəyəri 3.95 milyarda bərabər olan 19 gəminin inşası üçün sifariş qəbul edib.