Aİ dəniz enerjisinin istehsalını kəskin artırmaq niyyətindədir

266

Avropa Komissiyası təxminən 1 trln. avro sərmayə yatıraraq, 2050-ci ilədək Avropa İttifaqında (Aİ) dəniz elektrik stansiyalarının gücünü on qat artırmağı təklif edir.

“APA-Economics”in məlumatına görə, bu barədə Avropa Komissiyasının dərc etdiyi materiallarında deyilir.

“Aİ-yə 2050-ci ilədək iqlim neytrallığı hədəfinə çatmasına kömək etmək üçün Avropa Komissiyası bu gün Aİ-nin bərpa olunan dəniz enerji strategiyasını təqdim edir. Strategiya Avropadakı dəniz külək enerjisinin tutumunu mövcud 12 GW səviyyəsindən 2030-cu ilədək ən az 60 GW-a qədər, 2050-ci ilədək isə 300 GW-a qədər artırmağı təklif edir”, – materiallarda deyilir.

Bununla yanaşı, okean enerjisinin istehsalının da təxminən 40 GW-dək artırılması təklif olunur.

“Komissiyanın qiymətləndirilməsinə görə, hədəflərə çatmaq üçün 2050-ci ilədək olan dövrdə təxminən 800 mlrd. avroluq sərmayə tələb olunacaq”, – materiallarda deyilir.