® “Caspian Drilling” şirkəti Vətən müharibəsinə dəstəyini qanvermə aksiyası ilə davam etdirib

29

Qabaqcıl dəniz qazma şirkəti “Caspian Drilling Company” (CDC) MMC Vətən müharibəsini qəti qələbə ilə başa vuran müzəffər Ordumuza dəstəyini davam etdirir. Bu dəstək çərçivəsində şirkətin baş ofisində qanvermə aksiyası keçirilib. Şirkətin əməkdaşları verilən qanla döyüşlərdə yaralanmış rəşadətli əsgərlərimizə dəstək olublar.

Vətən müharibəsi başlayandan şirkət həm də Silahlı Qüvvələrin Yardım Fonduna 17 milyon manat, şirkətin çoxmillətli kollektivi isə əməkhaqlarının bir hissəsini toplayaraq 350 min manat vəsait köçürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır