ASCO-da müəyyənləşdirilmiş qrafik üzrə dezinfeksiya işləri davam etdirilir

279

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Ağdam”, “Akademik Topşubaşov”, “Naxçıvan”, “Qartal”, “Abşeron-18”, “Abşeron-19”, “Abşeron-20”, “Abşeron-22” gəmilərində, 678 saylı üzən emalatxanada, Xəzər Dəniz Neft Donanmasının inzibati binasında, həmçinin ASCO-nun baş ofisində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

seanews.az