BƏƏ Ali Neft Şurası (SPC) Əbu-Dabidə yeni qeyri-ənənəvi xam neft yataqlarının kəşf olunduğunu elan edib.
APA “Al Jazeera”ya istinadən xəbər verir ki, ilkin hesablamalara görə, yataqların həcmi 22 milyard bareldir.
“Ali Neft Şurası Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayed Əl-Nahyanla SPC sədrinin onlayn görüşü zamanı yeni kəşflər barədə açıqlama verdi”, – məlumatda belə deyilir.