Avstraliyanın Brum şəhərində 60 yaşlı kişi köpək balığının qurbanı olub.
Bu barədə “WA Today” məlumat yayıb.
Hadisə noyabrın 22-də yerli vaxtla 08:45-də baş verib. Çimərlikdə turistə hücum edənin pələng köpək balığı olduğu ehtimal edilir. Köpək balığı 60 yaşlı kişini əlindən və bud nahiyəsindən yaralayıb.
Ətrafdakılar kömək etməyə çalışsa da, yaralı təcili tibbi yardım əraziyə çatana qədər ölüb.
Hazırda çimərliyə giriş bağlanıb.