Norveç neft və kondensat hasilatını artırdı

294

Norveç neft-qaz yataqlarında maye xammal hasilatı oktyabr ayında 6 faiz, yəni 106 min barel artaraq 1.877 min barelə çatıb.

“Report” “Angi”yə istinadən xəbər verir ki, bu da Norveç Neft Direktorluğunun (NPD – ) proqnozundan 9 faiz azdır.

O cümlədən oktyabr ayında neft hasilatı 8,5 faiz artaraq 1 611 min barel təşkil edib ki, bu da NPD proqnozundan 6,6 faiz azdır. Oktyabr ayında hasilatın proqnozdan az olması əsasən tətillərlə və bəzi yataqlarda təmir işlərilə bağlıdır. Bütövlükdə ölkədə 2020-ci ilin ikinci yarısındakı neft hasilatı 134 min barel azaldılıb.

Hesabat dövründə geniş fraksiyalı yüngül karbohidrogenlərin (BFLH) hasilatı 253 min barel, kondensat hasilatı da 14 min barel təşkil edib. Təbii qaz hasilatı isə 287,9 milyon kubmetr, yəni NPD proqnozundan 13,2 faiz az olub.

Xatırladaq ki, dünyanın 7 böyük neft istehsalçısı ölkə arasında olan Norveçdə sentyabr – oktyabr ayının əvvəlində neft sənayesi işçilərinin tətili nəticəsində hasilat 25 faiz, təbii qaz ixracatı isə 35 milyon kubmetr azalmışdı.