“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

270

“Dəniz” qəzetinin növbəti –  25 noyabr 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda rəşadətli Ordumuzun Böyük Qələbəsinin bütün xalqımızda yaratdığı ruh yüksəkliyindən, dənizçi  döyüşçülərin Vətən sevgisi və torpaqlarımızın erməni işğalından azad edilməsində göstərdiyi şücaətdən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun  işçiləri üçün yanğın təhlükəsizliyi barədə nəzəri və praktiki hissələrdən ibarət təlim keçirilməsindən, ASCO-nun müəssisə və gəmilərində  müntəzəm dezinfeksiya işlərinin həyata keçirilməsindən, cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmindən, “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında yükdaşıma sahəsində ikitərəfli əməkdaşlığa dair sənədlərin imzalanmasından, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat Komitəsinin 6-cı sessiyasında müzakirə olunan məsələlərdən,      Qarabağ cəngavərinin adını daşıyan elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində ekspedisiya və monitorinqlərin aparılmasından, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elmi əsərlər” məcmuəsində dərc olunan məqalələrin gənc mütəxəssislərin elmi işləri üçün faydalı olacağından, ASCO-nun gəmilərinin təmirindən, dənizçilik sahəsində də geniş istifadə edilə biləcəklərindən, dünya sularında baş verən hadisələrdən, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.

seanews.az